
Aprelin 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Prezidentin 5 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən "Nizami söz və sənət haqqında" adlı onlayn tədbir keçirib.
Tədbirdə AMEA Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dossent Təhminə Bədəlova, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Mətbuat və İnformasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu, Antalya-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Ceyran Səttarova, Gəncə MKS-nin direktoru Elmira Əliyeva, direktor müavini Fəridə Qədimova, MKS-in Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Gülnaz İsgəndərova, MKS-in operatoru Nərmin Quliyeva və Səbail MKS-in işçiləri iştirak ediblər. Tədbirdə "Nizami ideyalarını özündə yaşadan ədəbi-bədii nümunələr", "Nizami söz və sənət haqqında", "Nizami və dünya ədəbiyyatı", "Nizami Gəncəvini dünya necə tanıdı" mövzularında çıxışlar olub, böyük hikmət sahibi olan Nizami Gəncəvinin əsərlərində insanın kamilləşməsində elmə, biliyə, kitaba, tərbiyəyə yüksək yer verildiyi xüsusilə vurğulanıb, cari ilin "Nizami Gəncəvi ili" elan edilməsi Azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürü olduğu qeyd edilib.
Diqqətə çatdırılıb ki, bəşəri dəyərləri vəsf edən, yaradıcılığı bütün bəşəriyyətə məxsus olan böyük Nizami Gəncəvinin irsini təbliğ edən layihələr ölkə Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə davamlı olacaq.
Sonda Nizami Gəncəviyə həsr olunmuş ekspozisiya zalına virtual səyahət edilib.
Tədbirə aşağıdakı keçidlərdən baxa bilərsiniz:
https://facebook.com/story.php?story_fbid=2113955908756637&id=100004267441394
https://www.instagram.com/p/COVuSkJBFLQ/?igshid=17rhbzbqa1n3v














- 12:32 Əməkdar artist Aybəniz Həşimova və Sənət akademiyası tələbələrinin konserti keçirilib
- 14:38 Milli Kitabxanada “Yazıçı-publisist Almaz Ülvi” adlı kitab sərgisi açılıb
- 12:14 Bu il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi elan edilib
- 09:15 Bəxtiyar Vahabzadənin ev-muzeyində açılan sərgi avqustun sonunadək davam edəcək
- 17:32 Milli Kitabxanada “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı virtual sərgi hazırlanıb
- 16:56 Uşaq İncəsənət Festivalı çərçivəsində seçmə turun ikinci mərhələsi davam edir
- 14:28 Milli Kitabxanada “Xalq rəssamı Toğrul Nərimanbəyov – 95” adlı kitab sərgisi açılıb
- 14:13 Prezident Kitabxanasında Xalq yazıçısı Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş sərgi açılıb
- 12:05 Türkmənistanda Azərbaycan milli irsinin möhtəşəm təqdimatı
- 11:13 “Türk dünyası Lefkoşa şeir axşamları”nda ölkəmiz də təmsil olunub
- 10:12 Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun doğum günüdür
- 16:18 Bu gün Xalq artisti Süleyman Nəcəfovun anadan olmasının 77-ci ili tamam olur
- 14:29 Milli Kitabxanada Xalq yazıçısı Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş videoçarx hazırlanıb
- 11:06 Xan qızı, “Dürrü yekta” - Xurşidbanu Natəvan
- 10:25 “Qırmızı papaq və Canavar Conik” kukla tamaşası təqdim olunub
- 09:14 Litvada “Odlar Yurdu”nun muğam virtuozları” adlı konsert olub
- 17:35 Uşaq İncəsənət Festivalında ikinci seçim mərhələsi başlayıb
- 16:21 “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin növbəti mərhələsi başa çatıb
- 14:11 Türkmənistanda “Azərbaycan Milli Günü” – Mədəni İrsimizin Parlaq Təqdimatı
- 10:53 Gənclər Kitabxanasında “Akademik Mustafa bəy Topçubaşov – 130” adlı elektron məlumat bazası hazırlanıb
- 09:46 Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film çəkiləcək
- 17:20 Azərbaycanın iki animasiya filmi beynəlxalq festivalda nümayiş olunacaq
- 16:16 Xalq yazıçısı Elçin Əfəndiyev son mənzilə yola salınıb
- 14:45 Elçin İlyas oğlu Əfəndiyev
- 11:15 Bu gün Xalq artisti Ramiz Məlikin anadan olmasının 82-ci ili tamam olur
- 09:39 Türkmənistanda “Azərbaycan Milli Günü” keçiriləcək
- 16:40 Xalq yazıçısı Elçin Əfəndiyev vəfat edib
- 12:36 "Əlvida, Şmidt!" bədii filmi nümayiş olunub
- 09:29 2 Avqust -Azərbaycan Kinosu Günüdür
- 11:23 Bakıda Mərakeşin milli bayramı qeyd olunub
- 10:14 Bu gün Xalq artisti Vaqif Əliyevin doğum günüdür
- 17:21 39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında Azərbaycan da təmsil olunur
- 15:32 Azərbaycan Kinematoqrafçılar İttifaqı ənənəvi mükafatın builki qaliblərini elan edib
- 14:42 Bakı bulvarında növbəti “Kino axşamı” yaxınlaşır
- 11:07 Quba Soyqırımı Memorial Kompleksinə ekskursiya təşkil olunub
- 10:59 Milli Kitabxanada Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
- 10:34 “Tariximizin Qərbi Azərbaycan izləri” adlı konsert və sərgi keçirilib
- 10:24 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 10:20 Qeyri-hökumət təşkilatları üçün infosessiya keçiriləcək
- 09:59 Litvanın “Ciurlionis” kvartetinin konserti Qəbələ festivalının izləyicilərinə növbəti hədiyyə olub
- 09:39 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 09:32 “Açıq məktub” filminin 2026-cı ildə böyük ekranlara çıxarılması planlaşdırılır
- 09:29 “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb
- 16:22 Azərbaycan Estoniyada keçirilən Beynəlxalq Folklor Festivalında təmsil olunub
- 15:58 Mədəniyyət naziri Adil Kərimli Şəmkirdə vətəndaşları qəbul edəcək
- 11:31 Gənclər Kitabxanasında “Zəngəzur dəhlizi: müasirlik tarixi kontekstdə” mövzusunda dəyirmi masa təşkil edilib
- 11:05 “Arzumun ən uca zirvəsində” adlı tədbir keçirilib
- 09:14 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalında kamera musiqisi axşamı
- 17:20 Mədəniyyət Nazirliyinin “Beyin fırtınası” layihəsi başlanır
- 15:36 “Azərbaycan – Özbəkistan ədəbi-mədəni əlaqələri” mövzusunda dəyirmi masa keçirilib
- 14:30 Gənclər Kitabxanasının layihəsi - “Oxu, öyrən, qazan”
- 14:13 ICESCO-nun Bakı ofisində ilk regional seminar keçirilir
- 11:47 “Qərbi Azərbaycan folkloru”nun növbəti cildində nələr var?
- 11:09 Ankarada “Şuşa” kitabının təqdimatı olacaq
- 10:48 Bu gün Xalq artisti Vasif Adıgözəlovun anadan olmasının 90-cı ili tamam olur
- 10:43 Milli Kitabxanada “Xalq artisti Vasif Adıgözəlov – 90” adlı kitab sərgisi açılıb
- 09:45 Qəbələ festivalında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsert təqdim olunub
- 09:28 Qız qalası meydanında “Vyetnam günləri” çərçivəsində xüsusi mədəni-əyləncəli proqram təşkil olunub
- 09:23 Qəbələ festivalında “Tbilisi Big Band” musiqi qrupu enerji dolu çıxışı ilə musiqisevərləri sevindirib
- 10:40 “Buta” rəqs qrupu konsert təqdim edib