XƏBƏRLƏR
MƏLUMAT
“Netflix” The Grey Man (“Boz adam”) trillerinin premyera tarixini açıqlayıb
ÜMÜMİ XƏBƏRLƏR
27/04/2022 06:50

“Netflix” şirkəti "Qisasçılar" filminin müəllifləri olan Russo qardaşlarının "Boz adam" adlı filminin premyera tarixini açıqlayıb. Film şirkət tərəfindən iyulun 15-də təqdim olunacaq.

AZƏRTAC kulturomania.ru saytına istinadla xəbər verir ki, filmdə qatil olan keçmiş MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) agentinin hekayəsindən bəhs edilir. O, öldürülmək üçün keçmiş ortağı tərəfindən axtarılır.

Qeyd edək ki, “Netflix” şirkəti üçün “The Grey Man” (“Boz adam”) ən bahalı layihə oldu. Filmin çəkilişi 200 milyon dollara başa gəlib.

“Boz adam” filmində əsas rolları Rayan Qoslinq, Kris Evans, Ana de Armas və Billi Bob Tornton canlandırıblar.

Baxış sayı: 438