XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət naziri Adil Kərimli Qubada vətəndaşları qəbul edəcək
ÜMÜMİ XƏBƏRLƏR
26/04/2024 12:20

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il 6 may tarixində saat 10:00-da Quba rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti) Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran şəhərlərindən olan vətəndaşların qəbulu keçiriləcək. Vətəndaşlar 2 may 2024-cü il tarixinə qədər Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin [email protected] elektron poçt ünvanı, (023) 325-22-73 telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.

Baxış sayı: 122