XƏBƏRLƏR
MƏLUMAT
Mahnı Teatrının səhnəsində müzikl - “Koko sirri”
ÜMÜMİ XƏBƏRLƏR
24/01/2023 04:31

Yanvarın 28-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında uşaqlar üçün səhnələşdirilmiş musiqi, rəqs və interaktiv uşaq oyunları ilə rəngarəng “Koko sirri” adlı müzikl növbəti dəfə nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, müzikl-tamaşada on iki yaşlı Migelinin inanılmaz, rəngarəng və əyləncə dolu macərasından bəhs olunur. O, hələ heç vaxt görmədiyi qohumları ilə görüşüb, onları da öz macəra dünyasına qatmalıdır.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Baxış sayı: 136