XƏBƏRLƏR
MƏLUMAT
Kitabxana görkəmli fırça ustası Səttar Bəhlulzadənin xatirəsinə həsr olunmuş videoçarx hazırlayıb
ÜMÜMİ XƏBƏRLƏR
02/12/2021 05:14

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialının böyük kitabxanaçısı Afət Ağayeva Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlulzadənin xatirəsinə həsr olunmuş videoçarx hazırlayıb.

Videoçarxda sənətkarın yaradıcılığından, onun incəsənətdəki xidmətlərindən məlumat verilib. Bildirilib ki, Səttar Bəhlulzadə Azərbaycan təbiətinə həsr etdiyi çoxsaylı mənzərələrin, tarixi mövzulara həsr olunmuş əsərlərin müəllifi olub.

Azərbaycan torpağına, doğma təbiətə vurğun olan rəssam öz məhəbbətini əsasən mənzərə və natürmortlarında açıqlayıb. Rəssam Azərbaycanın demək olar ki, bütün regionlarını gəzib, doğma diyarın rəngarəng təbiətini mənzərələrində tərənnüm edib.

Səttar Bəhlulzadə  çox məhsuldar işləyən sənətkarlarımızdandır. Dövlət statuslu muzeylərdə onun  yüz əlliyə yaxın rəngkarlıq, otuza qədər qrafika işi vardır. Son araşdırmalar nəticəsində rəssamın 600-ə qədər müxtəlif ölçülü tablo, 200-ə qədər qrafika nümunəsi yaratdığını müəyyən etmək mümkün olub.

Rəssamın ilham mənbəyi doğma təbiət, həyatının mənası isə onu başqalarına tanıdacaq və sevdirəcək rəngləridir.

Videoçarx  aşağıdakı keçiddə izləyicilərə təqdim olunub:

https://www.instagram.com/tv/CW-JOBnIaUp/?utm_medium=copy_link

Baxış sayı: 175