XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar artist Çingiz Əhmədovun 60 yaşı tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
26/12/2022 23:27

Çingiz Əli-Əşrəf oğlu Əhmədov 27 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.

1983-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub. “Boşanaq, evlənərik”, “Bəbirlinin kələkləri”, “Qızıl toy”, “Sevgilimin anası”, “Məşədi İbad”, “Qız görüşə tələsir” tamaşalarında çıxış edib. 1991-ci ildə Dövlət Gənclər Teatrına dəvət olunub. Gənclər Teatrından dəfələrlə cəbhə bölgələrinə gedib, çıxışlar edib və bu çıxışları fərmanlara, diplomlara layiq görülüb. Bundan başqa “Arvadımın əri özüməm”, “Toy kimindir?”, “Valeh, kəndinə qayıt”, “Hamlet”, “Ox və hədəf”,”Aldanmış kəvakib” və s. tamaşalarda da iştirak edib. 2003-cü ildə yenidən Musiqili Komediya Teatrına dəvət olunub. Bu illər ərzində S. Fərəcov, R.N. Güntəkin “Bir günlük siğə”də Helmi, V. Adıgözəlov, Anar “Aldın payını, çağır dayını”da Əli Əyrizadə, R. Əkbər “Bəydullanın möhtəşəm toyu”nda Qeybulla, S. Ələsgərov, İsi Məlikzadə "Kələkbazlar”da Mayıl, R. Mirişli M. Haqverdiyev "Qısqanc ürəklər”də Əjdər, N.V. Qoqol "Evlənmə”də Kaçkaryov, E. Sabitoğlu, C. Məmmədov www.ferzeli-kef.comda otel şefi kimi koloritli, duzlu obrazlar yaradıb.

Çingiz Əhmədov 2012-ci ildə Əməkdar artist fəxri adına laiq görülüb. 2011-ci ildən Prezident mükafatçısıdır.

Baxış sayı: 450