XƏBƏRLƏR
MƏLUMAT
“Düyməcik” nağılı ingilis dilində səsləndirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2023 07:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi kiçikyaşlı oxuculara “Düyməcik” nağılını təqdim edib.

Danimarkalı ədib Hans Xristian Andersenin “Düyməcik” nağılı ingilis dilində səsləndirilib.

Nağıllar uşaqlarda dürüstlük, sədaqət, xeyirxahlıq, yoldaşlıq kimi keyfiyyətləri yaradır, nağıllardakı qəhrəmanların yaxşı və mənfi hərəkətlərini qiymətləndirmə qabiliyyətini formalaşdırır.

Yazıçı bu nağılda çiçəkdən dünyaya gələn və sonra elflərin kraliçası olan kiçik bir qızdan bəhs edib.

Nağıla aşağıdakı keçidlərdə baxa bilərsiniz: 

https://www.instagram.com/p/Cr-W9kMoXEk/

https://www.facebook.com/100008218096461/videos/1024162731883173/

Baxış sayı: 399