XƏBƏRLƏR
MƏLUMAT
“Cəsurluq məktəbi” rubrikasında baş leytenant Elçin Əzizov
ÜMÜMİ XƏBƏRLƏR
30/03/2023 00:19

Elçin Əvəz oğlu Əzizov 1985-ci il martın 30-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş leytenantı olan Elçin Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Əzizov oktyabrın 13-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Elçin Əzizov xidmət etdiyi dövrdə “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” və “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalları, III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Ailəli idi. Üç övladı yadigar qalıb.

Baxış sayı: 136