XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Adil Bağırovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2022 00:22

Adil Kamil oğlu Bağırov 1937-ci il mayın 13-də Bakıda anadan olub. Azərbaycan Dövlət Musiqi Məktəbində tar ixtisası üzrə təhsil alıb, müəllimləri Mirzə Mansur Mansurov, Səid Rüstəmov olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirib.

1964-cı ildən S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin solistidir. Həmin ildən Əhsən Dadaşovun rəhbərlik etdiyi Xalq çalğı alətləri ansamblının üzvü, 1976-cı ildən Ə.Dadaşov adına “Xatirə” Xalq çalğı alətləri ansamblının rəhbəridir. Ansamblla birgə respublikanın mədəni həyatında yaxından iştirak edir. Bir çox xarici ölkələrdə qastrol səfərlərində olub. Solist tarzən kimi və muğam üçlüyündə də fəaliyyət göstərir. AzTV-nin Fondunda onun ifasında “Bayatı-Şiraz”, “Rast”, “Segah” muğamlarının səsyazıları saxlanılır.

2006-cı ildə Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adına layiq görülüb.

2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət TV, Azərbaycan radiosu və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Adil Bağırovun 80 illik yubileyi və 60 illik sənət fəaliyyətinə həsr olunmuş konsert keçirilib.

Baxış sayı: 402