XƏBƏRLƏR
MƏLUMAT
Bu gün şəhid baş leytenant Elxan Yusifovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
02/03/2021 00:03

Elxan Bayandur oğlu Yusifov 2 mart 1959-ci ildə Füzuli rayonunda anadan olub. 

Elxan Yusifov inşaatçı olmasına baxmayaraq, könüllülər dəstəsi yaradaraq doğulduğu Füzulinin müdafiəsinə qalxıb. Üç kəndin erməni quldurlarından boşaldılmasına nail olub. 15 avqust 1992-ci ildə düşmənin açdığı snayper gülləsi ilə həlak olub.

9 oktyabr 1994-cü ildə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunu şərəflə yerinə yetirilməsində göstərdiyi xidmətlərinə görə, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

İki oğlu var. Oğullarından biri tanınmış aktyor Kənan Yusifovdur.

Baxış sayı: 791