XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Respublikasının Xalq artisti Məbud Məhərrəmov haqqında videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
15/03/2022 03:45

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Elnarə Kərimli Azərbaycan Respublikasının Xalq artisti Məbud Məhərrəmov haqqında videoçarx hazırlayıb.

Videoçarxda bildirilib ki, Məbud Məhərrəmov 12 mart 1957-ci il tarixdə Bakıda anadan olub. Məbud Məhərrəmov 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. 1978-ci ildən Səməd Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatrın səhnəsində 50-dən çox rol oynayıb, bir çox filmlərdə çəkilib. Onun yaratdığı: Ağasaf (M.İbrahimbəyov "Gənc qadın üçün kişi"), Əmrah (Hidayət "Mənzil"), Ər (Elçin "Mənim ərim dəlidir"), Qannibal (J.Patrik "Qəribə missis Sevic"), Şut (U.Şekspir "Kral Lir") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

M.Məhərrəmov bundan başqa bir çox filmlərdə və televiziya filmlərində çəkilib. "İşgüzar səfər", "Park", "Özgə ömür", "Qeyri-müəyyənlik şəraitində", "Ailə çevrəsi" kimi filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynayıb.

2000-ci ildə M.Məhərrəmov “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2006-cı ildə isə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb.

Aşağıdakı keçidə daxil olaraq videoçarxa baxa bilərsiniz:

https://www.instagram.com/tv/Ca_0stVgqJ4/?utm_source=ig_web_copy_link

Baxış sayı: 215