Yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri ilə uşaqların ən sevimli yazıçısına çevrilən Abdulla Şaiqin bu gün vəfatından 64 il ötür. Mollanəsrəddinçilərə yaxın olan şair, həm də Azərbaycan uşaq ədəbiyyatının banilərindəndir. Hazırda Azərbaycan Dövlət Kukla Teatrı Abdulla Şaiqin adını daşıyır. Uzun müddət bu teatrda çalışan ədib “Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız” kimi çeşidli pyeslər yazıb. “Fitnə” və “Nüşabə” əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət örnəkləridir. Abdulla Şaiq 1959-cu ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. 1990–cı ildən Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev-muzeyi onun həyat və bədii yaradıcılığını, bütün ömrü boyu apardığı pedaqoji fəaliyyətini, onunla ünsiyyətdə olan yazıçı və ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır. Anım günü ərəfəsində Bakı Dövlət Universitetinin AZƏRTAC-da təcrübə keçən tələbələri Abdulla Şaiqin ev-muzeyini ziyarət ediblər.
Ədibin ev-muzeyi Bakının mərkəzində, Abdulla Şaiq küçəsi - 21 ünvanında yerləşib. Muzeydə ilk dəfə olsaq da, burada xüsusi doğmalıq hiss etdik. Binanın zəngini vururuq, qapıda bizi muzeyin əməkdaşı qarşılayıb. İçəri keçirik, köhnə Bakıya xas olan dar, uzun pilləkənləri qalxıb mənzil-muzeyinə daxil oluruq. Muzeydə ömrünün böyük bir hissəsini bu evdə keçirmiş Abdulla Şaiqin ömür yoluna yenidən nəzər salırıq.
Yeri gəlmişkən qeyd edək ki, muzey 1990-cı ildə Azərbaycan Nazirlər Sovetinin qərarı ilə yaradılıb. Ədibin 120 illik yubileyi ərəfəsində, 2001-ci ilin yanvar ayında muzeyin ekspozisiyası açılıb. Mənzil-muzeyi 4 otaqdan ibarətdir. Ekspozisiyada A.Şaiqin həyat və yaradıcılığına aid fotoşəkillər, müxtəlif sənədlər, şəxsi əşyalar və s. təqdim olunur. Muzeyin yaradılmasında ədibin oğlu Kamal Talıbzadənin əvəzolunmaz xidmətləri olub. Kamal Talıbzadə bu eksponatları ailə evindən, Ədəbiyyat İnstitutundan, arxivdən, qohumlarından böyük əziyyətlər hesabına toplayıb. Muzeydə ümumilikdə 9576 eksponat qorunub saxlanılıb.
Dühalar görmüş masa
Salondayıq. İçəri daxil olduğumuz andan etibarən, otaqlar bizdə nostalji hisslər yaradır. Salonda diqqətimizi ilk cəlb edən üzərinə köhnə süfrə salınmış masa olub. Öyrəndik ki, dühalar görmüş masa tarixin ən keşməkeşli xatirələrini özündə ehtiva edir. Səməd Vurğun, Yusif Vəzir Çəmənzəminli, Mirzə Ələkbər Sabir, Abbas Səhət, Mikayıl Müşfiq, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli kimi ziyalılar bu masa ətrafında dəfələrlə şeir-sənət məclisləri təşkil ediblər. Abdulla Şaiq öz yoldaşları ilə gecədən səhərə kimi müxtəlif dərsliklər üzərində çalışıb. Bu masa arxasında keçirilən belə işgüzar görüşlər çox olub. Onların yuxusuz gecələri doğma dilimizin inkişafında mütərəqqi rol oynayıb.
Uşaqların parlaq gələcəyi naminə...
Sonra digər otaqlara keçirik və burada xüsusi stendlərdə nümayiş olunan kitablar göz oxşayır. Bu kitabların bəzilərini vərəqlədikcə uşaqlıq xatirələrimiz göz önündə canlanır. Biz digər şair və yazıçıları müəyyən yaşa çatdıqdan sonra tanıyırıq, amma Abdulla Şaiqi uşaq vaxtlarımızdan “Xoruz”, ”Keçi”, “Tıq-tıq xanım”, “Tülkü həccə gedir” kimi nağılları ilə, şeirləri ilə tanımışıq. Ana laylasından sonra birinci dilimiz “Şaiq dili”dir. Yəni biz onunla formalaşıb böyümüşük. Sanki ani də olsa, bizi uşaqlıq illərimizə qaytaran sehrli bir aləmə düşürük. Abdulla Şaiq uşaqları çox sevirdi və daim onlar üçün çalışırdı. O, bir gün Quba rayonunun Yekdar kəndinə gedir. Yekdarda iki mərtəbəli bir evdə qalır. O, ev sahibindən xahiş edir ki, evdə qaldığı müddətdə uşaqlar da burada dərs keçsinlər. Beləliklə, o həmin evin birinci mərtəbəsində məktəb açır. Daha sonra Abdulla Şaiqin ənənəsini davam etdirmək məqsədilə həmin məktəb Baxçaəli kəndinə köçürülür, 4 sinifli məktəb açılır. Həmin o məktəb hazırda da fəaliyyət göstərir. Eyni zamanda A.Şaiq hazırladığı oyuncaqlarla uşaqlar üçün müxtəlif səhnəciklər nümayiş etdirir...
Arazdan Turana
Muzeydə təqdim olunan önəmli eksponatlardan biri də ədibin əsərlərini qələmə aldığı yazı masasıdır. O vaxt ədibin ömür-gün yoldaşı Şahzadə xanım istəyib ki, bu köhnə masanı atsın və yenisini alsın. Bunu bilən Abdulla Şaiq “Masama” şeirini yazır. Şahzadə xanım onu oxuyandan sonra bu onun üçün əziz bir xatirəyə çevrilir. Qeyri-adi görünüşü olan bu masaya nəzər yetirdikdə, burada nümayiş olunan eksponatların xüsusi dəyərə malik olduğu qənaətinə gəlirik. İş masasının yerləşdiyi otağın divarından böyük saat asılıb. Onun əqrəbləri simvolik olaraq Abdulla Şaiqin vəfat etdiyi anda dondurulub.
Muzeyin əməkdaşı A.Şaiqin qələm yoldaşlarının repressiyaya məruz qalması haqqında danışarkən bizdə belə bir sual yarandı: “Abdulla Şaiq də bu ruhda şeirlər yazırdı. Bəs onun repressiyaya məruz qalmamasının səbəbi nə idi?” Sən demə, Abdulla Şaiq o dövrdə şeirlərini büküb sobanın içinə yığıb. Kamal Talıbzadə atası rəhmətə gedəndən sonra oradan həmin əlyazmaları tapıb. Həmin şeirlər “Arazdan Turana” kitabında öz əksini tapıb.
“Vətən” yaradıcılıq dərnəyi
Muzeyin tərkibində “Vətən” yaradıcılıq dərnəyi fəaliyyət göstərir. Dərnəyin əsas fəaliyyət istiqaməti Abdulla Şaiq ənənələrini qoruyub saxlamaqdır. Həmin dərnəyin 50-ə yaxın fəal üzvü var və hər biri xüsusi istedada malik şagirdlərdir. Bu dərnəkdə müxtəlif yaradıcılıq sahələri mövcuddur. Eyni zamanda, təmənnasız şəkildə fəaliyyət göstərir.
Burada olarkən həm də onu öyrəndik ki, muzeydə nümayiş olunan eksponatların heç birinə dəyişiklik edilməyib, bunun da əsas məqsədi Abdulla Şaiq irsinin qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsindən ibarətdir.
Gördüklərimiz, eşitdiklərimiz bir daha deməyə əsas verir ki, böyük ədiblərimizin irsini yaşadan muzeylər keçmişlə gələcək arasında bir körpüdür və mütləq bu körpüdən keçib tariximizi, mədəniyyətimizi öyrənməliyik.





- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib