XƏBƏRLƏR
MƏLUMAT
1 İyul - Ümumdünya Bakılılar Günüdür
ÜMÜMİ XƏBƏRLƏR
01/07/2022 00:48

Bu gün 1 İyul - Ümumdünya Bakılılar Günüdür. Milliyyətindən asılı olmayaraq bu şəhərdə dünyaya gələn, Xəzrinin sərt, Gilavarın ilıq, Xəzərin təlatümlü, emosional olduğu qədər yumşaq təbiətini özündə birləşdirən, mərd və sözünün üstündə duran Bakılılar dünyanın hər yerində bu əlamətdar tarixi bir yerə toplaşaraq, olanları, keçənləri xatırlayaraq qeyd edirlər.

Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Paytaxtın adı "Küləklər şəhəri" kimi şərh olunur. Paytaxt Bakı Azərbaycanın böyük elmi-mədəni və sənaye mərkəzidir.

Ölkənin ən böyük mədəniyyət mərkəzi olan Bakı, müsəlman Şərqində ilk milli teatrın, ilk operanın ifa olunduğu, ilk Azərbaycan qəzetinin nəşr edildiyi və ilk Azərbaycan kitabxanasının açıldığı şəhərdir.

Əziz Bakılılar, bayramınız mübarək!

 

 

Baxış sayı: 306