XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
10/07/2023 02:49

İyulun 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzinə amerikalı turistlərin ekskursiyası təşkil edilib.

Muzeyə gələn xarici qonaqlar Ümummilli liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Mərkəzin əməkdaşları Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, Azərbaycanın tarixi, Vətən müharibəsində qazanılmış tarixi qələbəmiz və şəhidlərimiz haqqında xarici qonaqlara ətraflı məlumat veriblər.

Turist qonaqlar Mərkəzin foyesində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti 100” adlı sərgi ilə də tanış olublar.

Baxış sayı: 460