XƏBƏRLƏR
MƏLUMAT
“İzi qalanlar” adlı anım tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/04/2024 16:48

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli kitabxana filialında Birinci Qarabağ müharibəsi zamanı qəhrəmanlıq göstərmiş döyüşçü Vəfa Dəmirçioğlunun xatirəsinə həsr edilmiş “İzi qalanlar” adlı anım tədbiri keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə iştirak edən Xalq artisti Eldost Bayram, qazi İsa Musayev, jurnalistlər, gənc şairlər və digərləri çıxış edərək gənc nəslin tərbiyəsində belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu bildiriblər.Vəfa Dəmirçioğlu kimi qəhrəmanların yolunun nəsildən-nəsilə örnək olaraq yaşayacağını, onların işıqlı xatirələrinin hər zaman yad ediləcəyini vurğulayıblar.

Kitabxananın əməkdaşı, Vəfa Dəmirçioğlunun bacısı Zərəngiz Mansurova onun döyüş yolundan söhbət açaraq, xatirəsinə həsr etdiyi şeiri oxuyub.

Sonda şəhidlərə həsr edilmiş şeirlər səsləndirilib.

Baxış sayı: 168