XƏBƏRLƏR
MƏLUMAT
Xocəsən qəsəbə klubunun təşkilatçılığı ilə "Veteranlar bayramınız mübarək" adlı baryam tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 09:36

Mayın 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi  Xocəsən qəsəbə klubunun təşkilatçılığı ilə Faşizm üzərində 9 may Qələbə günü münasibətilə "Veteranlar bayramınız mübarək" adlı baryam tədbiri keçirilib. Tədbir Xocəsən qəsəbəsində 1941-1945 ci ildə həlak olmuş qəhrəmanların şərəfinə ucaldılmış abidə önündə keçirlib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə tədbir açıq elan edilib.

Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin Xocəsən qəsəbə bələdiyyəsinin , veteranlar və ağsaqqalar şurasının üzvləri, rayon ictimaiyyəti və fəalları iştirak ediblər.

Faşizm üzərində həlak olanların ruhu  bir dəqiqəlik sükütla yad edilərək, Abidə önünə əklil qoyulub.

Sonra  Klubun bədii qiraət və dram dərnəyi üzvlərinin iştirakı ilə kompozisiya təqdim edilib.

Baxış sayı: 65886