XƏBƏRLƏR
MƏLUMAT
Xətai rayon Mədəniyyət Mərkəzində "Bu günün uşaqları, sabahın böyükləri" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/06/2019 14:18

Bakı Şəhər Mədəniyyət  Baş  İdarəsi Xətai rayon Mədəniyyət Mərkəzində 1 iyun Uşaqların Beynəlxalq Müdafiə gününə həsr olunmuş "Bu günün uşaqları, sabahın böyükləri" adlı tədbir keçirilib.

Tədbirdə Mədəniyyət Mərkəzinin "Rəsm" dərnəyinin üzvləri iştirak ediblər. Öncə dərnək üzvləri ilə görüş keçirilib.Görüşdə uşaqların cəmiyyətimizdə sağlam, hərtərəfli, vətənə layiqli övladlar kimi böyümələri mövzusunda söhbət aparılıb. Eyni zamanda fiziki imkanları məhdud uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində də tədbir iştirakçılarına məlumat verilib.

Sonda dərnək üzvləri öz bacarıqlarını asfalt üzərində rəsmlər çəkərək nümayiş ediblər.

Baxış sayı: 9202