XƏBƏRLƏR
MƏLUMAT
Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin foyesində “Uşaqlarla Xoşbəxt Gələcəyə!” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 13:23

Mayın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin foyesində “Uşaqlarla Xoşbəxt Gələcəyə!” adlı “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirin əvvəlində Mədəniyyət Mərkəzinin direktoru Afət xanım İbrahimova bayram təbriki ilə çıxış edib. Daha sonra tədbir rəngarəng çıxışlarla davam edib. Tədbir zamanı “Somatik Sanatoriya”nın uşaqları “Bayraq rəqsi”, “Bulaq” bağçasının körpələri “Özbək rəqsi”, azyaşlı Qiyas Rəfixanov “Babam” şeiri, 168 saylı tam orta məktəbin şagirdləri “Qələbə", “Odlar Yurdu”, “Vals” rəqsləri, 186 saylı tam orta məktəbin şagirdləri “Canım mənim, məmləkətim” mahnısı, “Vals rəqsi”, 231 saylı tam orta məktəbin şagirdləri “Azərbaycan” kompozisiyası, 235 saylı tam orta məktəbin şagirdləri “Yağış”, “Biz hamının gözündə" rəqsləri, 243 saylı tam orta məktəbin şagirdləri “Bir qalanın sirri” filmindən səhnəcik, “Şən mahnı” və “Çaplin” rəqsi ilə çıxış ediblər.

Tədbir alqışlarla başa çatıb.

Baxış sayı: 75006