XƏBƏRLƏR
MƏLUMAT
Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində “Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2019 12:31

İyunun 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində “Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra  Mərkəzinin bədii rəhbəri Esmira Aslanova çıxış edərək tədbiri açıq elan edib.

Sonra  Mərkəzinin direktoru Kamran Musayev “Milli Qurtuluş Gününün yaranma tarixi haqqında danışaraq bayram münasibətilə qonaqları təbrik edib.

Tədbirdə gənc ifaçıların təqdimatında milli və xarici rəqslər nümayiş olunub, Ulu öndərə, Vətənə həsr olunmuş mahnılar səsləndirilib.

Konsert proqramı tədbir iştirakçılarının marağına səbəb olub.

Baxış sayı: 36682