XƏBƏRLƏR
MƏLUMAT
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 08:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bilgəh qəsəbə Mədəniyyət evində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə dəyirmi masa keçirilib.

Mədəniyyət evinin direktoru Rafiq İsgəndərov ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə məlumat verib.

Metodist Vəsilə Quliyeva çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmasından bəhs edib.

Baxış sayı: 38551