XƏBƏRLƏR
MƏLUMAT
“Ulduz” filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
28/03/2024 15:01

Martın 28-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə  Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq artisti Lütfəli Abdullayevin anadan olmasının 110-cu ildönümü ilə əlaqədar “Ulduz” filmi nümayiş olunub.

Filmin nümayişində Yasamal rayon 52 və 150 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə Lütfəli Abdullayevin həyat və fəaliyyəti,  yaratdığı obrazlar haqqında məlumat verilib. Daha sonra görkəmli aktyorun “Məhəmməd” obrazını yaratdığı “Ulduz” filmi nümayiş olunub.

Baxış sayı: 138