XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı rayon Heydər Əliyev Mərkəzində film nümayişi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 08:59

Mayın  28-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Dərs” bədii filminin nümayişi olub.

Rafiq Əliyev və Cavid Təvəkkülün rejissorları olduğu film məktəb, şagird və ailə münasibətlərindən bəhs edir. Film 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilib. Ekran əsəri uşaqların şəxsi və ictimai həyatı, cəmiyyətdə davranışı, yeniyetmələrin üzləşdiyi problemləri əks etdirməklə yanaşı, çətinliklərdən çıxış yollarını araşdırır. Nəticəyə gətirən səbəbləri içdən nümayiş etdirir.

Tədbirdə Mədəniyyət Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndələri, Suraxanı rayonunda fəalyyət göstərən məktəblərin müəllim və şagird kollektivləri iştirak edib.

Filmdə əsas rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Camal İbrahimov və Kamal İbrahimov ifa ediblər.

Filmin sonunda müəllim və şagirdlər arasında mövzu ilə bağlı diskussiya keçirilib.

 

 

Baxış sayı: 79124