XƏBƏRLƏR
MƏLUMAT
Şüvəlan qəsəbə Mədəniyyət evində “İstedad – 2019” devizi altında yaradıcılıq festivalı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2019 09:34

Mayın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində Xəzər rayon uşaq və yeniyetmələri arasında “İstedad – 2019” devizi altında yaradıcılıq festivalının final mərhələsi  keçirilib.

Şüvəlan qəsəbə Mədəniyyət evi və Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutan festival 4 istiqamət üzrə - bədii qiraət, rəqs, musiqi alətlərində ifa, solo ifa üzrə təyin edilib.

Festivalda Xəzər rayonunda yerləşən məktəblərdə təhsil alan şagirdlər iştirak edib. Qalibləri müəyyən edən münsiflər heyəti şagirdlərin çıxışlarını qiymətləndirib.

Festivalın keçirilməsində məqsəd istedadlı gəncləri qiymətləndirmək, onlarda sevdikləri sahələrdə stimul yaratmaqdır.

Sonda şagirdlər mükafatlandırılaraq, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Baxış sayı: 51166