XƏBƏRLƏR
MƏLUMAT
Şəhid və qazi övladları üçün Novruz şənliyi təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
23/03/2024 17:29

Bakı Şəhər Mədəniyyǝt Baş İdarəsi vǝ "Valideyn Himayəsindǝn Mǝhrum Olmuş Uşaqlara Dayaq" İctimai Birliyinin təşkilatçılığı ilǝ şəhid vǝ qazi övladları üçün Novruz şənliyi tǝşkil edilib.

Bayram şənliyində Baş İdarənin tabeliyində olan mədəniyyət mərkəzlərinin kollektivlǝri çıxış ediblər. 

Uşaqlar Keçəl, Kosa vǝ Bahar qızı ilǝ birlikdǝ şən musiqi sədaları altında rəqslər edib, şeirlər söylǝyib, mahnılar səsləndiriblǝr. Müxtəlif nağıl qəhrəmanları ilǝ əyləncəli oyunlar oynayaraq xoş zaman keçiriblər. 

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkdirilib.

Baxış sayı: 181