XƏBƏRLƏR
MƏLUMAT
Səbail rayon MKS-nin 6 saylı filialı "Uşaqların nağıl dünyası" adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 13:13

Mayın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı filialı “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” ilə bağlı "Könül" körpələr evi-uşaq bağçasında "Uşaqların nağıl dünyası" adlı sərgi və söhbət aparıb.

Əvvəlcə kitabxanaçı N.Quliyeva balaca fidanlara, onlara məxsus olan özəl gün haqqında danışıb. Qeyd edib ki, Azərbaycanda əhalinin təxminən 30 faizini uşaqlar təşkil edir. Ölkəmizdə uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, "uşaq hüquqları haqqında" qanun və bəzi digər normativ - hüquqi aktlar qəbul edilib. Ölkəmizdə uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr də həyata keçirilməkdədir. Kitabxanaçı N.Quliyeva  uşaqlara "Üç öyüd", "Tənbəlin nağılı" , "Arıların qəzəbi" nağıllarını  oxuyub. Onlarla birgə nağıl qəhrəmanları haqqında müzakirə aparıb. Sonda uşaqlar kitab sərgisi ilə tanış olublar.

 

Baxış sayı: 4899