XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 2 saylı filialında “İlyas sənətinin yoxdu bənzəri” başlıqlı sərgi-söhbət keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/05/2019 13:13

Mayın  24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin 2 saylı filialında yazıçı İlyas Əfəndiyevin 105 illiyi münasibəti ilə kitabxananın fəal oxucuları ilə birlkdə “İlyas sənətinin yoxdu bənzəri" başlıqlı sərgi-söhbət keçirilib.

Söhbəti abonement bölməsinin müdiri S.Əliyeva açaraq bildirib ki, İlyas Əfəndiyev daima yenilik hissi ilə çırpınan,hər təzə əsərində yeni bir söz deməyə çalışan,müasir gəncliyi düşündürən məsələləri əks etdirən,özünəməxsus xətti ilə başqalarından seçilən qələm sahibidir.İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri zəminində öz üslubunu yaradan sənətkar kimi xalqımızın söz sənəti xəzinəsinə dəyərli töhfələr verib. Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası özünəməxsus əhəmiyyətli yer tutur. Xalq yazıçısı, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi İlyas Əfəndiyevin əsərləri Azərbaycan ədəbiyyatının bu gün də davam edən canlı tarixidir.

İlyas Əfəndiyev təkcə klassik nasir kimi yox, həm də klassik dramaturq kimi ədəbiyyatımızda daim yaşayacaq. Zaman-zaman gələcək nəsillərimiz üçün ədəbiyyat, teatr sahəsində, yeni insan tərbiyəsində İlyas Əfəndiyev yaradıcılığı məktəb olacaq və Cəlil Məmmədquluzadə,Hüseyn Cavid,Cəfər Cabbarlı məktəbləri ilə birlikdə teatr tariximizdə uğurla addımlayacaq.

 

Baxış sayı: 81967