XƏBƏRLƏR
MƏLUMAT
Nizami rayon MKS-nin Mərkəzi Kitabxanası “İ.Əfəndiyev yaradıcılığı” adlı söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2019 15:03

Mayın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon MKS-nin Mərkəzi Kitabxanası 109 saylı tam orta məktəbin şagirdləri ilə birgə xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 105 illiyi ilə əlaqədar “İ.Əfəndiyev yaradıcılığı” adlı söhbət keçirib.

Xidmət şöbəsinin əməkdaşı R.Mustafayeva bildirib ki, İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-da Qaryagində (indiki Füzuli rayonu), tanınmış və hörmətli tacir ailəsində anadan olub. İlyas Əfəndiyev tanınmış qələm sahiblərindəndir. 60-cı illərdə İ.Əfəndiyevin “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost” kimi nəsr əsərlərini oxucular əlbəəl oxuyur, yaxud bu əsərləri oxuyanlar biri digərlərinə danışır və əsər ətrafında müzakirələr aparıblar. İlyas Əfəndiyev öz dövrü ilə gələcəyi vahid kontekstdə görüb, onlara öz fəhmi ilə yanaşan yazıçılardan idi. İlyas Əfəndiyev yaradıcılığı çağdaş dövrümüzdə də öz aktuallığını qoruyub saxlamaqdadır. Onun əsərlərinə qayıdış daimi və qırılmaz prosesdir.   

Söhbətin keçirilməsində əsas məqsəd şagirdləri İlyas Əfəndiyev yaradıcılığı ilə yaxından tanış etmək, əsərlərlərini oxumağı tövsiyə etməkdir.

Baxış sayı: 17819