XƏBƏRLƏR
MƏLUMAT
Nizami adına Mədəniyyət Mərkəzində “İstedad – 2019” devizi altında yaradıcılıq festivalı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/05/2019 13:07

Mayın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzində Xəzər rayon uşaq və yeniyetmələri arasında “İstedad – 2019” devizi altında yaradıcılıq festivalı keçirilib.

Nizami adına Mədəniyyət Mərkəzi və Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutan festival 4 istiqamət üzrə - bədii qiraət, rəqs, musiqi alətlərində ifa, solo ifa üzrə təyin edilib.

Festivalda Xəzər rayonunda yerləşən məktəblərdə təhsil alan şagirdlər iştirak edib. Qalibləri müəyyən edən münsiflər heyəti – Nizami adına Mədəniyyət Mərkəzinin direktoru Nizami Manafov, Xəzər rayon Gənclər və İdman İdarəsinin müavini Rəşad Rəhimov, Binə qəsəbə Mədəniyyət Mərkəzinin bədii rəhbəri İsmayılova Fəridə, XII Ümumdünya festivalının diplomantı Dilbər Abdullayeva, Fəxri Mədəniyyət işçisi Elgün Əliyev, 17 nömrəli uşaq musiqi məktəbinin xanəndə müəllimi Xəlilova Sevda şagirdlərin çıxışlarını qiymətləndirib.

Festivalın keçirilməsində məqsəd istedadlı gəncləri qiymətləndirmək, onlarda sevdikləri sahələrdə stimul yaratmaqdır.

Baxış sayı: 13184