XƏBƏRLƏR
MƏLUMAT
Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində Çingiz Ağazadənin solo konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2019 13:47

Mayın  20-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində Azərbaycan Milli Konservatoriyasının lV kurs tələbəsi, Respublika Müsabiqəsi laureatı Çingiz Ağazadənin solo konserti keçirilib. Çingiz  Ağazadə Cəfər Qafarov və Ramiz Həsənovun sinfində təhsil alır.

Konsert proqramında A.Bəbirov, C.Cahangirov, G.Rossini, R.Mirişli, H.Rzayevin əsərləri, “Xaric Segah” muğamı səslənib. İfaçını çox istedadlı pianoçu, peşəkar musiqiçi, Gülnarə Teymurzadə müşayiət edib.

Konsert müəllim və şagird kollektivi tərəfindən alqışlarla qarşılanıb.

Baxış sayı: 60979