XƏBƏRLƏR
MƏLUMAT
Nardaran qəsəbə Mədəniyyət Mərkəzində müğənni Nur Cəfərlinin konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/05/2019 10:01

Mayın 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nardaran qəsəbə Mədəniyyət Mərkəzində sevilən müğənni Nur Cəfərlinin  konserti keçirilib.

Konsert zamanı rəngarəng musiqi nömrələri ilə çıxış edən Nur Cəfərlinin ifası  tamaşıçılar tərəfindən alqışlarla qarşılanıb. “Gilavar qrupu”, gənc müğənni Vüsal Nəsib də öz musiqi nömrələri ilə çıxış edərək konsertə xüsusi rəng qatıblar.

Sonda Nardaran qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Asif  Qurbanov çıxış edərək qonaqları salamlayıb, Nur Cəfərliyə, ”Gilavar qrupuna”, Vüsal Nəsibə və Mərkəzdə keçirilən tədbirlərdə fəal iştirakına görə 130 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Yeganə Dadaşovaya təşəkkürnamələr təqdim edib.

Qeyd edək ki, konsertin aparıcısı Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclər Üzrə İş Birliyinin əməkdaşı Humay Muxtarova olub.

Baxış sayı: 17841