XƏBƏRLƏR
MƏLUMAT
Nardaran qəsəbə Mədəniyyət Mərkəzində məktəblilər üçün "Dərs” filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2019 15:13

Mayın 27-də Mədəniyyət Nazirliyinin təşəbbüsü və  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nardaran qəsəbə Mədəniyyət Mərkəzində məktəblilər üçün "Dərs” filmi nümayiş olunub.

Nümayişdə 130 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. 

Nardaran qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Asif Qurbanov qonaqları salamlayaraq film haqqında qısa məlumat verib. Bildirib ki, tərbiyəvi və psixoloji janrda çəkilən filmin əsas mövzusu gənc nəslin dünyagörüşünün genişləndirilməsi, onların cəmiyyətdə özlərini necə göstərmələri təşkil edir.

Nümayişdən sonra 130 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Yeganə Dadaşova filmin nümayişinə görə Mədəniyyət Nazirliyinə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nardaran qəsəbə Mədəniyyət Mərkəzinə təşəkkür edib. Sonra şagirdlər film haqqında öz fikirlərini bölüşüblər.

Sonda Nardaran qəsəbə Mədəniyyət Mərkəzinin direktoru nümayişdə iştirak edənlərə öz minnətdarlığını bildirib. 

Baxış sayı: 89229