XƏBƏRLƏR
MƏLUMAT
“Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti konsert – “Elimizə bahar gəlir”
ÜMÜMİ XƏBƏRLƏR
15/03/2024 09:15

Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində muzeydə növbəti konsert keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, "Elimizə bahar gəlir” adlı konsert proqramı Beynəlxalq Muğam Mərkəzi tərəfindən xanəndələr Nisbət Sədrayeva, Mirələm Mirələmov, Almaxanım Əhmədli, Könül Xəlilzadə, Ariz Hüseynovun iştirakı ilə təqdim olunub.

Xanəndələri tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Rəfael Əsgərov, qanun ifaçısı Məhta Məhəmmədəlizadə, nağarada Siyavuş Kərimov müşayiət ediblər.

Baxış sayı: 122