XƏBƏRLƏR
MƏLUMAT
Musiqi məktəbində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə konsert proqramı təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2019 10:19

Mayın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə konsert proqramı təqdim edib.

Tədbir Nərimanov rayonu ərazisində yerləşən “Buta” körpələr evi uşaq-bağçasında təşkil olunub.

Aparıcı çıxış edərək ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, xalqımız qarşısındakı tarixi xidmətlərindən, dahi rəhbərin müəyyənləşdirdiyi iqtisadi-siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ölkəmizdə qazanılan nailiyyətlərdən danışıb.

Konsertdə çıxış edən məktəbin fortepiano şöbəsinin şagirdləri Rəna Mustafa, Alsu Kəsəmənskaya, Lalə Axundova, Sevda Süleymanova, Fatimə Quliyeva, Rəsul Əlizadə, David Qarazadə, simli-nəfəs alətləri şöbəsi şagirdləri Natəvan Əliyeva (fleyta), Fatimə Əhmədova (skripka), Gəray Məmmədli (saksafon), Məhəmməd Kərimov (gitara), xalq çalğı alətləri şöbəsinin şagirdləri Lamiyyə Həsənzadə (qanun), Ləman Həsənzadə (kamança), Məhəmməd Səfərov (nağara) və Məhəmməd Bayramovun (balaban)  gözəl ifaları iştirakçılara xoş ovqat bəxş edib.

Sonda bağçanın müdiri Günay Ağamalı məktəbin şagird və müəllim kollektivinə maraqlı konsert proqramına görə  öz təşəkkürünü bildirib.

Baxış sayı: 95311