XƏBƏRLƏR
MƏLUMAT
Müşfiqabad Mədəniyyət evində "Dərs" filminin nümayişi olub
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2019 15:18

Mayın 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Müşfiqabad Mədəniyyət evində "Dərs" filminin nümayişi olub.

Tədbiri Mədəniyyət evinin bədii rəhbəri açaraq film haqqında qısa məlumat verib.

Filmin nümayişindən sonra Qubadlı rayon tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Zeynalova çıxış edərək filmin tərbiyəvi əhəmiyyətindən danışıb. Sonra məktəbin psixoloqu film haqqında uşaqlarla dialoq qurub.

Sonda şagirdlərin psixologiyasının formalaşmasında, onlarda dostluq, yoldaşlıq hisslərinin düzgün inkişafında müsbət təsir göstərən belə filmlərin nümayişinə görə təşkilatçılara təşəkkürünü bildirib. 

Baxış sayı: 99537