XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “Novruz - xalqımızın əziz bayramı” adlı virtual sərgi istifadəçilərə təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
14/03/2024 14:11

Novruz bayramı münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Novruz - xalqımızın əziz bayramı” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Novruz adət-ənənələrini, Novruz deyimlərini və s. özündə əks etdirən materiallar və fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/novruz/index.htm linkindən istifadə edə bilərlər.

Baxış sayı: 140