XƏBƏRLƏR
MƏLUMAT
M.S.Ordubadinin xatirə muzeyində ”Açıq qapı” günü keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2019 08:36

Mayın 8-də “Qələbə günü” münasibətilə Məmməd Səid Ordubadinin Xatirə muzeyində ”Açıq qapı” günü elan edilib. Gün ərzində muzeyə gələn ziyarətçilər arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, ”Evrika“ liseyinin müəllim və sagirdləri, Azərbaycan Rəssamlar İttifaqının əməkdaşları da var idi.

Gələn qonaqlar muzeyin ekspozisiyası ilə tanış olub, onlara görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.

Həmin gün Muzeyə gələn ziyarətçilərə M.S.Ordubadinin yaradıcılıgında mühüm yer tutan Böyük Vətən müharibəsi mövzusunun əhəmiyyəti və onun bu mövzuda yazdığı əsərlər barədə söhbət açılıb. Müzey bələdçisi ziyarətçilərə yazıçının həcm etibarı ilə kiçik, mənaca böyük olan “Serjant İvanov adına körpələr evi” adlı əsərində dövrün çətinlikləri və insanların bütün ağırlıqlara rəğmən vətənpərvərlik, insanpərvərlik hissini sona qədər dəyanətlə qoruyub saxladığı barədə danışıb.

Baxış sayı: 75312