XƏBƏRLƏR
MƏLUMAT
M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin "Unudulmaz Bakı" adlı konserti keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
21/05/2019 08:39

Mayın 22-də Şövkət Məmmədova adına Opera Studiyasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin "Unudulmaz Bakı" adlı konserti keçiriləcək.

Konsert qədim və zəngin mədəni tarixə malik, müasir, son dərəcə ecazkar və füsünkar Bakımıza həsr olunub.

Konsertdə M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin vokal sinifinin Beynəlxalq ve Respublika müsabiqələri laureatı adına layiq görülmüş şagirdləri, məktəbin xor kollektivi, xalq çalğı alətləri ansamblı və "Fantaziya" skripkaçılar ansamblının ifalarında Bakımızı tərənnüm edən bəstəkar F.Əmirovun, R.Hacıyevin, T.Quliyevin, C.Cahangirovun, O.Zülfüqarovun, V.Adıgözəlovun, O.Rəcəbovun, O.Kazıminin, V.Mustafazadənin, X.Mirzəzadənin, P.Bülbüloğlunun və B.Nəsibovun əsərləri səslənəcək. 

Baxış sayı: 71772