XƏBƏRLƏR
MƏLUMAT
M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 15:32

Mayın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96- cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə kitabxananın əməkdaşları və oxucular iştirak ediblər.

Uşaq şöbəsinin əməkdaşı Ülkər Məmmədova  tədbiri giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin xalqımıza, dövlətimizə, Azərbaycanın gəncliyinə etdiyi fədakarlıqlardan danışıb. O, dahi liderin Azərbaycan dövləti və xalqı üçün göstərdiyi misilsiz xidmətlərin təbliğ olunmasında mədəniyyət müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Baxış sayı: 45510