XƏBƏRLƏR
MƏLUMAT
M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasında “Nəsimi –gerçəklik simvolu” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2019 08:45

Mayın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasında “Nəsimi – gerçəklik simvolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə iştirak edən alim və tədqiqatçılar ümumbəşəri mövzularda Nəsimi həqiqətləri barədə müzakirə aparıblar.

AMEA–nın Ədəbiyyat İnstitutunun Orta əsr Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi Zəkulla Bayramlı, Şərqşünaslıq İnstitutunun dissertantı, Nəsimi əlyazmalarının tədqiqatçısı Vüsal Hətəmov, Azərbaycan Atatürk Mərkəzinin şöbə müdiri, şair, publisist, türkoloq Əkbər Qoşalı dahi şairin həyat və yaradıcılığını təhlil ediblər. Hürufiliyin xalqın anlayacağı tərzdə  yayılmasında onun rolunun əhəmiyyətli gücə malik olması qeyd olunub.

Nəsimi ili ilə əlaqədar Azərbaycan universitetləri arasında keçirilən şeir müsabiqəsinin qalibi Ümüd Abbas Nihani və muğam ustaları Nəsimi qəzəllərindən ifa ediblər.  Şair haqqında təqdimatlar nümayiş olunub.. 

Dəyirmi masa iştirakçıları baş tutmuş görüşün faydalı keçdiyini bildiriblər və bu qəbildən maarifləndirici tədbirlərin davamlı olmasını təklif ediblər. Kitabxana direktoru Aliyə Kərimova silsilə görüşlərin davamlı keçiriləcəyinə söz verib.

Baxış sayı: 41119