XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar şeirlər təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
18/03/2024 16:56

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasına “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar yazıçı və şairlər yeni əsərlərini təqdim edirlər. Nağıl, həkayə və şeirlər Azərbaycanın əsrarəngiz təbiətinə, bitki və heyvanat aləminə, torpağına, dağlarına, dəniz, çay, şəlalələ və göllərinə, ilin fəsillərinə həsr olunur.

Şair, publisist, Mərkəzi Kitabxananın Fəxri oxucusu Xatirə Fərəcli Novruz bayramı ərəfəsində kitabxananın oxucularına və sosial şəbəkə izləyicilərinə baharın gəlişinə, təbiətin oyanışına həsr olunmuş üç şeirini (“Pəncərəmdən baxan bahar”, “Bahar”, “Bahar gəlir”) təqdim edib.

Şair qəlbindəki bahar sevincini oxucularla bölüşür, baharı sevə-sevə qarşılayır.

Baxış sayı: 345