XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində nağıl təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
14/03/2024 14:24

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yazıçı və şairlərin Azərbaycanın təbiətinə, flora və faunasına həsr olunmuş yazıları toplanır.

Kitabxananın Fəxri oxucusu, AYB və AJB-nin üzvü, yazıçı-publisist, şairə Gülarə Munis balaca oxuculara yeni yazdığı “Çinarənin çinarı” nağılını təqdim edib.

Nağılda müəllif uşaqlara çinar ağacı haqqında maraqlı məlumatlar verir, bu ağacı qorumağı tövsiyə edir. Balaca Çinarənin nümunəsində yazıçı uşaqları ağaclara qulluq etməyə, onları qorumağa, yaşıl dünyanı sevməyə çağırır.

Aşağıdakı keçidə daxil olaraq nağıl ilə tanış ola bilərsiniz:

https://drive.google.com/file/d/1OvkDNMIilADnONtUbE6PXp5LFJV0DsJn/view?usp=sharing

Baxış sayı: 159