XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Ünvan:
Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küç.,71


Əlaqə telefonu:
(+994 12) 561-59-33
Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 2011-ci ildə Binəqədi rayonunda yerləşən kitabxanaların bazasında yaradılıb. Özündə Mərkəzi Kitabxana və 6 kitabxana-filialı birləşdirir.
Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası - V.Q.Korolenko adına Mərkəzi Şəhər Gənclər Kitabxanası 1928-ci ildə fəaliyyət göstərən Fəhlə Gənclər Kitabxanası əsasında yaradılıb.
Mərkəzi Kitabxananın kitab fondu 166571 nüsxə, oxucuların sayı 18872 nəfər, kitab verilişi 230508 nüsxə təşkil edir.

Mərkəzi Kitabxanada 6 şöbə fəaliyyət göstərir:

1. Komplektləşdirmə və kitabişləmə şöbəsi
2. Metodika və biblioqrafiya şöbəsi
3. Oxuculara xidmət şöbəsi
4. İnformasiya-resurs şöbəsi
5. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi
6. Uşaq şöbəsi

2019-cu ilin yanvar ayından Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sisteminin (ALİSA) işlənməsinə başlanılıb.