XƏBƏRLƏR
MƏLUMAT
Səbail rayon MKS-nin 6 №-li kitabxana filialıtabxana filialı
Ünvan:
Səbail rayonu Badamdar küçəsi 1


Əlaqə telefonu:
(+994 12) 539-69-46
Səbail rayon MKS-nin 6 №-li kitabxana filialı 1957-ci ildən fəaliyyət göstərir. Kitabxana 2010 kitab fondu ilə fəaliyyətə başlayıb.1973-cü ildə kitabxana yeni binaya köçürülüb və 50.000 kitab fondu ilə fəaliyyətə başlayıb. 2011-ci ildən Səbail MKS-in tərkibinə 6 nömrəli filial kimi daxil olub. 2012-ci ildə kitabxana Badamdar qəsəbə Mədəniyyət evinə köçürülüb və onun nəzdində fəaliyyət göstərir.

Hazırda Səbail rayon MKS-nin 6 nömrəli filial kitabxana kimi aşağdakı istiqamətlərdə fəaliyyət göstərir.

- Qəsəbə əhalisində kitab oxumağa maraq yaratma ;

- Uşaqların dərsə hazırlanması işinə müvafiq yardım göstərmək;

- Kütləvi tədbir keçirməklə uşaqların boş vaxtlarının maraqlı olmasına şərait yaratmaq;

- Gənc nəslin yaradıcılıq təşəbbüskarlığını inkişaf etdirmək;

- Uşaqları hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək;

- Məktəbəqədər uşaqlarda kitaba və elmə maraq yaratmaq.