XƏBƏRLƏR
MƏLUMAT
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Ünvan:
AZ1001, Səbail rayon, Murtuza Muxtarov küç 9


Əlaqə telefonu:
(+994 12) 492-43-67, (+994 12) 497-15-04, [email protected], http://sabail.cls.az
Kitabxana 1924-cü ildə Bakı Xalq Maarif Şöbəsinin nəzdində yaradılıb.

Özünəməxsus yaranma tarixi olan bu elm məbədi bu günə kimi uzun və çətin yol keçib, ənənələrini qoruyub saxlaya bilib. 1936-ci ildən kitabxanaya rus yazıçısı M.Qorkinin adı verilmişdir.

Bu gün kitabxanada məlumatın toplanması və oxuculara çatdırılması, yeni texnologiyalardan istifadə və kitabxana proseslərinin avtomatlaşdırılması istiqamətində bir sıra işlər görülüb. 2009-cu ildə İnformasiya Mərkəzinin açılması ilə yanaşı kitabxananın saytı və elektron kataloqu da istifadəçilərin ixtiyarına verilmişdir.

Hazırda kitabxanada oxuculara xidmət (abonement və oxu zalı), kitabişləmə və komplektıəşdirmə, metodika və biblioqrafiya, elektron-informasiya, kütləvi tədbirlərin təşkili şöbələri fəaliyyət göstərir.

Cənab Prezident “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nı imzalanması ilə Azərbaycan kitabxana işinin tarixində ilk dəfədir ki, bu sistemi, onun əhəmiyyətini, cəmiyyətdə tutduğu mövqeyini, müasir informasiya cəmiyyəti şəraitində onların vəzifələrini, gələcək inkişaf istiqamətlərini və perspektivlərini müəyyənləşdirən əhəmiyyətli bir sənəd qəbul edilmişdir. Bu sənəd kitabxana işinin yaxın gələcək üçün inkişaf proqramıdır.

2011-ci ildə Bakı şəhərində mövcud kitabxanaların bazasında mərkəzləşdirilmiş kitabxana sistemlərinin yaradılması bu sahədə görülən mühüm işlərdəndir.

Bu sistemlərdən biri də Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemidir.