XƏBƏRLƏR
MƏLUMAT
“Eurovision” mahnı yarışmasında Niderland təmsilçisi Dunkan Lourens “Arcade” mahnısı ilə birinci olub
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2019 09:23

İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb.

“Dare to Dream” ("Arzulamağa cürət et") şüarı altında təşkil olunan builki yarışmada Niderland təmsilçisi Dunkan Lourens “Arcade” mahnısı ilə birinci olub. O, səsvermə zamanı 492 xal toplayıb. Qeyd edək ki, Niderland “Eurovision” mahnı yarışmasında 58 dəfə iştirak edib və bu qələbə ilə 5-ci dəfə müsabiqəyə ev sahibliyi edəcək.

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsində İtaliya ikinci, Rusiya isə üçüncü olub.

Azərbaycanlı ifaçı Çingiz Mustafayev “Truth” mahnısı ilə yarışmanı 7-ci sırada başa vurub. Yarışmanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb.

Qeyd edək ki, müsabiqədə ümumilikdə 42 ölkə iştirak edib. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da başa çatıb.

 

Baxış sayı: 38744