XƏBƏRLƏR
MƏLUMAT
“Ənənələrimizi qoruyaq" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/03/2024 12:39

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Əzim Əzimzadənin Mənzil Muzeyində “Ənənələrimizi qoruyaq" adlı tədbir keçirilib.

Tədbirdə bildirilib ki, Novruz ruzi-bərəkət, sevinc və səadət, birlik və həmrəylik rəmzidir, cəmiyyətimizin möhkəmlənməsi üçün sağlam təməllər yaradan misilsiz bir ənənədir. Novruz bayramı adətləri və inancları Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.

Sonra tədbir bədii hissə ilə davam edib. Bədii hissədə müxtəlif  universitetlərin tələbələri, məktəb şagirdləri və İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin Ələsgər Ələkbərov adına xalq teatrının kollektivi çıxış ediblər.

Tədbirdə ifa edilən musiqi nömrələri, təqdim edilən rəqslər, səsləndirilən şeirlər, nümayiş olunan rəsm əsərləri, Novruz adət-ənənələrini əks etdirən ədəbi-bədii kompozisiyalar, Novruzun atributları olan Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi maraqla qarşılanıb.

Həmçinin tədbirdə “Keçə” sənəti üzrə rəssamların iştirakı ilə əl işləri nümayiş olunub, bu sənətin dərinliyi və incəliyindən söhbət açılıb.

Sonda Əzim Əzimzadənin Mənzil Muzeyi tərəfindən tədbirdə iştirak edən bütün tələbələr göstərdikləri fəallığa görə Fəxri Fərmanla təltif olunublar.

Baxış sayı: 135