XƏBƏRLƏR
MƏLUMAT
“Ən yaxşı oxucu” müsabiqəsinin qalibləri mükafatlandırılıb
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 10:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialının nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağının dəstəyi ilə “Nəsimi ili” çərçivəsində “Ən yaxşı oxucu” müsabiqəsinə yekun vurulub.

İlk olaraq tədbirin aparıcısı, kitabxananın əməkdaşı, Səməd Vurğun Poeziya Ocağının rəhbəri Zərəngiz Mansurova (Dəmirçi Qayalı) Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığından söhbət açdı. O, 15 noyabr 2018-ci il “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi” və 11 yanvar 2019-cu il tarixli Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarından danışıb.

Sonra filialın müdiri Turanə Əmirova kitab və mütaliənin vacibliyindən söz açıb, böyük kitabxanaçı Hilanə Babayeva kitabxanada fevral ayından keçirilən “Ən yaxşı oxucu” müsabiqəsinin qaliblərini elan edib.

Birinci yeri qazanmış və Təşəkkürnamə ilə təltif olunmuş Nuray Rzaböyük kitabxanaçı Hilanə Babayevaya ona mütaliə üçün kitab tövsiyə etdiyinə görə təşəkkür edib, həmçinin kitabxananın bütün tədbirlərində fəal iştirak edən Araz Ağkəmərli də Təşəkkürnamə ilə təltif olunub.

Sonda Telman Abbasov adına 225 saylı tam orta məktəbin şagirdləri, kitabxananın fəal oxucularının ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

 

Baxış sayı: 81812