XƏBƏRLƏR
MƏLUMAT
“Əhməd haradadır” filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
27/03/2024 16:21

Martın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq artisti,  tanınmış aktyor Lütfəli Abdullayevin anadan olmasının 110-cu ildönümü ilə əlaqədar “Əhməd haradadır” filmi nümayiş olunub.

Filmin nümayişində Yasamal rayon 53 və 60 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri iştirak ediblər.

İlk olaraq Mərkəzin muzey bölməsində Heydər Əliyevin xatirə abidəsi ziyarət edilib.

Daha sonra ölməz sənətkar Lütfəli Abdullayevin həyat və fəaliyyəti, Azərbaycan kinosunda yaratdığı unudulmaz obrazlar haqqında məlumat verilib.

Sonda məktəblilər Azərbaycan kinosunun incilərindən olan, görkəmli aktyorun “Zülümov” obrazını yaratdığı “Əhməd haradadır” filmini izləyiblər.

Baxış sayı: 156