XƏBƏRLƏR
MƏLUMAT
“CASPİAN ETUDE” I Beynəlxalq Pianoçular Müsabiqəsinin dinləmələri davam edir
ÜMÜMİ XƏBƏRLƏR
04/06/2019 09:59

Beynəlxalq Muğam Mərkəzinin dəstəyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən “CASPİAN ETUDE” I Beynəlxalq Pianoçular Müsabiqəsinin dinləmələri davam edir.

İştirakçıları Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynovun rəhbərlik etdiyi beynəlxalq heyətdən ibarət münsiflər qiymətləndirir. Münsiflərin tərkibinə Joakin Rodriqo adına Valensiya Musiqi Konservatoriyasının professoru Marina Bleyns (İspaniya), Sveşnikov adına Dövlət Akademik Rus Xorunun konsertmeysteri Nikita Volov (Rusiya), tanınmış pianoçu Marko Freydən ibarət Beynəlxalq Münsiflər Heyəti daxildir.

Qeyd edək ki, bu gün iyunun 4-də Beynəlxalq Muğam Mərkəzində müsabiqənin rəsmi bağlanışı, qaliblərin mükafatlandırma mərasimi və laureatların qala konserti olacaq.

Baxış sayı: 69655