XƏBƏRLƏR
MƏLUMAT
C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq məktəbinin yaranmasının 60 illik yubileyinə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
21/05/2019 14:04

Mayın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq məktəbinin yaranmasının 60 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Baş İdarənin rəisi Cəlil Məlikov və əməkdaşları, Qaradağ rayonu İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçi Səmayə Şıxəliyeva və bir neçə məktəb direktorları konsertdə qonaq qismində iştirak edib.

İlk olaraq təhsil ocağının yaranması və fəaliyyəti haqqında qısa məlumat verilib, videoçarx nümayiş etdirilib.

Şagirdlərin ifasında Aərbaycan və xarici bəstəkarların əsərləri məharətlə səsləndirilib.

Sonda Baş İdarənin rəisi Cəlil Məlikovçıxış edərək əlamətdar gün münasibətilə şagird və müəllim kollektivini təbrik edib, məktəbin fəal müəllimlərini fəxri fərmanlarla təltif edib.

 

Baxış sayı: 30141